|
|
|
|
Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Rusiya ilə qaz tədarükü müqavilələri Ankaraya enerji böhranından yayınmasına kömək edib.
525.az APA-ya istinadən xəbər verir ki, məqalədə deyilir ki, Moskva ilə rəqabətli sövdələşmələr Ankaraya Qərbi bürüyən enerji böhranından yan keçməyə yardım edib.
Rusiya Türkiyəyə ən böyük təbii qaz tədarükçüsü olaraq qalır. 2023-cü ildə Türkiyədə istehlak olunan qazın 40%-dən çoxu Rusiyanın payına düşüb. Rusiyadan Türkiyəyə qaz əsasən boru kəmərləri ilə gəlir.