Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
1. | Direktor | 845 |
2. | Mühasib, hüquqşünas, psixoloq, anbar müdiri - komendant | 505 |
3. | Elektrik avadanlıqlarına baxan – liftçi, çilingər- santexnik, qazanxana maşinisti | 450 |
4. | Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, bağban, gözətçi | 290 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.