https://525.az/img/pics/medium/2026-07/398336_w7lyecgx3y.jpg “525-ci qəzet”in 24 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/398330_981scmjlyh.jpg Acı xəbər - Xalq yazıçısı Anar yazır
https://525.az/img/pics/medium/2026-07/398288_fv0wio94yc.jpg Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
https://525.az/img/pics/medium/2026-07/398286_e6kflvnm3u.jpg Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
search
23 İyul 2026

DÇ-2014: "Pley-off"un püşkü atılıb

DÇ-2014: "Pley-off"un püşkü atılıb

Bu gün "DÇ-2014"ün Avropa zonası üzrə "pley-off" mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, seçmə mərhələni ikinci pillədə başa vurmaqla "pley-off"a vəsiqə qazanan 8 komandanın rəqibləri müəyyənləşib.

İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Püşkə əsasən Portuqaliya İsveçlə, Ukrayna Fransa, Yunanıstan Rumıniya, İslandiya isə Xorvatiya ilə qarşılaşacaq.

"Pley-off" mərhələsinin 4 cütünün qalibi Avropa zonasından Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq sonuncu komandalar olacaq.

Buna qədər Avropa zonasından İngiltərə, Belçika, İtaliya, Bosniya və Hersoqovina, İsveçrə, Hollandiya, Almaniya, İspaniya və Rusiya yığmaları mundialda iştirak hüququ qazanıblar.

Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları 15-19 noyabr aralığında keçiriləcək.

Pley-off mərhələsinin cütlükləri:

Portuqaliya - İsveç
Ukrayna - Fransa
Yunanıstan - Rumıniya
İslandiya - Xorvatiya

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.