|
|
|
|
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan APA-ya verilən məlumata görə, avqustun 26-da Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir.
Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması aşkar olunmayıb.
Günəş küləyinin sürəti 310-330 km/san intervalında olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).
Kosmik hava proqnozuna əsasən, avqustun 28-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin tac dəliyindən çıxan yüksək sürətli axınlar effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.
Avqustun 26-27-də qeyri-stabil şərait (Kp=3, 4) proqnozlaşdırılır. Sonuncu proqnoz günü - avqustun 28-də nisbətən sabit şərait (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 26 və 28 avqust tarixlərində 5%-dən, 27 avqustda isə 10%-dən aşağı qiymətləndirilir.