https://525.az/img/pics/medium/2026-07/398336_w7lyecgx3y.jpg “525-ci qəzet”in 24 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/398330_981scmjlyh.jpg Acı xəbər - Xalq yazıçısı Anar yazır
https://525.az/img/pics/medium/2026-07/398288_fv0wio94yc.jpg Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
https://525.az/img/pics/medium/2026-07/398286_e6kflvnm3u.jpg Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
search
23 İyul 2026

"Xəzər-Lənkəran" "Neftçi"ni 10 nəfərlə məğlub etdi

"Xəzər-Lənkəran" "Neftçi"ni 10 nəfərlə məğlub etdi
Bu gün Azərbaycan superkubokunun sahibi məlum olub.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə son mövsümdə "qızıl dubl" edən "Neftçi" kubokun finalçısı "Xəzər Lənkəran"la qarşılaşıb.

Əzəli rəqiblərin görüşü Naxçıvanda keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda hesabı cənub təmsilçisi  açıb. Daha sonra rəqibinin azlıqda qalmasından istifadə edən "ağ-qaralar" hesabı bərabərləşdiriblər. Oyunun 89-cu dəqiqəsində isə Rasim Ramaldanov baş zərbəsi ilə vurduğu qolla komandasına qələbə gətirib - 2:1. Bununla da "Xəzər Lənkəran" tarixində ilk dəfə Azərbaycan superkubokunu qazanıb. 

Qeyd edək ki, superkubok oyunu sonuncu dəfə 18 il bundan öncə - 1995-ci ildə keçirilib. Həmin oyunda "Neftçi" "Turan"ı məğlub edərək superkuboka sahib olub. Ümumilikdə bu mükafatı iki dəfə "Neftçi", bir dəfə isə "Qarabağ" qazanıb.
 

23 oktyabr 

Azərbaycan superkuboku

 
15:00. "Xəzər Lənkəran" – "Neftçi" - 2:1 
Qol:
 Etame, 27 (1:0), Kardoso, 68 (1:1), Rasim Ramaldanov, 89 (2:1)
Qırmızı vərəqə: Sadio Tounkara, 64 ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Naxçıvan. İbrahimxəlil Axundlu adına stadion.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.