“Milli Məclisin yaz sessiyasında Konstitusiyada nəzərdə tutulan qanunvericilik işləri yerinə yetirilib”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov bildirib.
Spiker deyib ki, Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq tədbir keçirilib:
“Payız sessiyasının qanunvericilik planı hazırlanıb. Bu sessiyada bir çox mühüm qanun layihələri, o cümlədən, “Dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfini qəbul edəcəyik. Əminəm ki, payız sessiyası uğurlu olacaq".