|
|
|
|
Ağstafa Rayon İcra Hakimiyyətin sabiq başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran zaman bildirib.
O qeyd edib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev özünün müraciəti əsasında Baş prokurorun müvaiq əmri ilə tutduğu vəzifədən azad olunub.