“Mədəni irsin qorunması və təbliği ölkə rəhbərliyinin bu sahədə həyata keçirilən siyasətinin prioritet istiqamətlərindən biridir ”.
APA-nın məlumatına görə, bunu bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ə. Ələkbərov deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə son illər İdarə tərəfindən İçərişəhər və Qala Qoruqları ərazisində tarixi-mədəniyyət abidələrinin, mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilib: “Hədəfimiz dəyişməzdir və bütün görülən işlər qədim mədəniyyət malik İçərişəhər və Qala Qoruqlarının beynəlxalq səviyyəli turizm məkanı və eyni zamanda canlı tarixin obyekti kimi saxlanılması və inkişafına yönəlib”.