"Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan ortaq türk tarixi dərsliyi artıq hazırdır".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası çərçivəsində ortaq türk tarixi dərsliyinin tədrisinə başlanılması müzakirə ediləcək: "Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin hazırlanması da müzakirə olunacaq".
Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası keçirilir.