Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, fevralın 1-i saat 17:25-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmək üçün 119 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (47 nəfər) və Energetika Nazirliyində (23 nəfər) qeydə alınıb.
Qeyd edək ki, ərizə qəbulu fevralın 3-də yekunlaşacaq.