Azərbaycan vətəndaşlarının Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilməsi ilə bağlı proses nəzarət altındadır.
Azərbaycanın Türkiyədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı əsasında bütün lazımi işlər görülür. Təxliyə olunan vətəndaşlarımız könüllü əsasda 2 həftə ərzində Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaq, daha sonra Azərbaycana göndəriləcək.
Qeyd edək ki, təxliyə üçün ayrılan təyyarə fevralın 1-də axşam saatlarında Ankaraya çatacaq.