Ankarada ənənəvi Bilkənt beşinci musiqi günlərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak ediblər.
“İşıq və qaranlıq” şüarı altında keçirilən musiqi günləri martın sonunadək davam edəcək.