Azərbaycanda bazar günü keçiriləcək parlament seçkilərini müşahidə etmək və işıqlandırmaq üçün İordaniyadan, bəzi ərəb və digər dövlətlərdən ölkəmizə nümayəndə heyəti gəlib.
AZƏRTAC xəbər verir ki, 450-yə yaxın müşahidəçi səsvermənin gedişatını izləyəcək. Onların arasında siyasətçilər, partiyaların və vətəndaş cəmiyyətlərinin nümayəndələri, o cümlədən jurnalistlər və seçki sahəsində ekspertlər yer alıb.