“AZE Medical Center” klinikası bölgələrdə ödənişsiz tibbi aksiyalarını davam etdirir.
Klinikadan verilən məlumata görə, klinika bölgələrdə başlatdığı ödənişsiz tibbi aksiyasına Quba rayonu ilə davam etdirir.
Fevralın 2-də klinika Quba rayonunun Vəlvələ kəndinin sakinləri üçün xeyriyyə aksiyası keçirib. Xeyriyyə aksiyasında müxtəlif ixtisaslı yerli və xarici həkimlər (pediatr, pulmonoloq, kardioloq, endokrinoloq, ümumi cərrah, damar cərrahı, uroloq-androloq, nevropatoloq, revmatoloq) Qubanın əksər kəndlərindən müraciət etmiş insanları müayinə ediblər. Həmçinin, aksiyada iştirak edən vətəndaşlara USM və bütün laboratoriya xidmətləri də ödənişsiz həyata keçirilib.
Aksiya zamanı 500–dən çox insan müayinə olunub. “AZE Medical Center” bu xeyriyyə aksiyalarını növbəti həftələrdə ölkəmizin digər bölgələrində də davam etdirəcəyini bəyan edib.
Qeyd edək ki, laboratoriya xidmətlərinin həyata keçirilməsində “Inci Labarotoriya Merkezi” də dəstək olub.
Xatırladaq ki, klinika ilk ödənişsiz tibbi aksiyasını bölgələrdən başlayaraq Ağsu rayonunda reallaşdırmışdı.