|
|
|
|
"Azərbaycanda parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirir".
Secki-2020.az saytının xəbərinə görə, bunu ABŞ-ın Los Anceles şəhərindən müşahidəçi Mitç Silberman deyib.
O bildirib ki, onun üçün bu ölkədə olmaq və seçkiləri müşahidə etmək böyük şərəfdir: “Ölkənin modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur. Biz sakinlərin öz ölkəsinin işıqlı gələcəyinə səs verməsini müşahidə etməkdən məmnunuq”.