|
|
|
|
“Bu gün biz Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edirik. Seçkilərdə mübarizə aparan namizədlərin sayının çox olması olduqca təqdirəlayiqdir.
Secki-2020.az saytının xəbərinə görə, bu sözləri Qırğızıstandan olan beynəlxalq müşahidəçi Qurmanbek Dilkanbayev deyib.
Müşahidəçi bildirib ki, səsvermə prosesinin qanunauyğun şəkildə keçirilməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb. Seçkilər çox şəffaf keçirilir. Seçicilər öz hüquqlarından rahat şəkildə istifadə edir, dəstəklədikləri namizədlərə səs verirlər. Müşahidələrim zamanı hər hansı qayda pozuntusuna rast gəlmədim”, - deyə o əlavə edib.