|
|
|
|
Naxçıvana ilk dəfədir səfər edirəm. Məntəqələrdə yaradılan şəraitlə tanış oldum. Muxtar respublikanın Ordubad rayonunda bir neçə seçki məntəqəsində müşahidələr aparmışıq. Seçki prosesi, səsvermə Seçki Məcəlləsinə uyğun aparılır. Hər kəs öz namizədinə sərbəst şəkildə səs verir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Rusiyadan olan müşahidəçi Aleksandr Lavruxin deyib.
O qeyd edib ki, seçki məntəqələrində qarşılaşdığı insanlardan çox isti, mehriban münasibət görüb: “Dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri sərbəst şəkildə müşahidə aparmağımız üçün bizə lazımi şəraiti yaradırlar”.