|
|
|
|
“Bir neçə məntəqədə olmuşuq. Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hamıya bərabər şərait yaradılıb”.
Secki-2020.az saytının xəbərinə görə, bunu MDB ölkələri Parlamentlərarası Assambleyası (PA) müşahidə missiyasının üzvü İqor Komarovski jurnalistlərə açıqlamasında deyib.
“Seçkilər sakit şəraitdə keçir. Azərbaycan xalqı ölkənin gələcək inkişafı üçün öz doğru seçimini edəcək”, - deyə İ. Komarovski qeyd edib.