İtaliyada yeni koronavirusun yayılması ilə əlaqədar “Türk Hava Yolları” şirkəti bu ölkəyə aviareyslərin bəzilərini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
Bildirilib ki, mart ayı üçün İstanbulun Sabiha Gökcən hava limanından Milana və Romaya nəzərdə tutulan səfərlər ləğv edilib. Yeni İstanbul aeroportundan nəzərdə tutulan uçuşlar isə qismən azaldılıb.