|
|
|
|
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun ölkə rəhbərliyinin Avropa İttifaqı istiqamətində sərhədləri açması ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, o, Türkiyədə suriyalılar üçün müvəqqəti dövlət qorumasının davam etdirildiyini, qalmaq istəyənlərin burada qala biləcəklərini, lakin ölkəni tərk etmək istəyənlərin də gedə biləcəklərini bildirib.
Qeyd edilib ki, bu addım yalnız Türkiyə ərazisini tərk etmək istəyənlərin qarşısının alınmaması məqsədilə atılıb.
F.Altun sərhədlərin açıldığı gündən indiyədək təxminən 80 min 888 qanunsuz miqrantın Türkiyə ərazisini tərk etdiyini deyib. O, hazırda 3,7 milyon suriyalının Türkiyə ərazisində yerləşdiyini və ölkəsinin bundan artıq miqrantı qəbul edə bilməyəcəyini vurğulayıb.