|
|
|
|
London Apelyasiya Məhkəməsi Hitrov Beynəlxalq hava limanında üçüncü uçuş-enmə zolağının inşasını qanunsuz hesab edib.
AZƏRTAC xəbər verir ki, məhkəmə, uçuş-enmə zolağının Böyük Britaniyanın gələcəkdə iqlim dəyişikliyini azaltmaqla bağlı öhdəliklərinə uyğun şəkildə inşa edilə biləcəyinə qərar verib.
Məhkəmə, hökumətin 2015-ci il Paris İqlim Dəyişikliyi Sazişini yeni uçuş-enmə zolağı qərarında nəzərə almadığını qeyd edib. Hökumətin qərardan şikayət etmək hüququ yoxdur.