"Koronavirusun Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələrə təsirlərinin müəyyən edilməsi üçün bir qədər gözləməliyik".
Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birinci müavini Ekaterine Mikabadze deyib.
O bildirib ki, virusun Gürcüstanın turizm gəlirlərinə mənfi təsirləri gözlənilir, lakin regional təsirlərinin hesablanması üçün vaxta ehtiyac var: "Koronavirusun qlobal iqtisadiyyatda mənfi təsirlərə malik olması artıq aydındır. Amma biz onun Gürcüstan-Azərbaycan iqtisadi əlaqələrinə zərərinin müəyyən edilməsi üçün bir qədər gözləməliyik. Əlbəttə, virus iqtisadi əlaqələrdə böyük rol oynayır. Lakin dəyən zərər hesablanmalıdır".