Martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.
Havanın temperaturu martın 23-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Aran rayonlarında 17-19 dərəcə isti, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb, Naxçıvan MR-da temperatur 18 dərəcəyədək yüksəlib.