Karantin rejiminin sonlandırılması istiqamətində tədbirıər planını hazırlayırıq.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir:
“Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən aradan qaldırılması çox vacibdir. Amma birdən-birə karantin rejiminin aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.