"Çindən indiyə qədər müayinə, nümunə götürmək üçün ləvazimat gətirməmişik. Ölkədə bu resurslar var idi. Bu, şayiədir".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı bildirib ki, bu ləvazimatlar Azərbaycanın özündə var idi: "Ehtiyac olam digər ləvazimatlar bəzi AVropa ölkələrindən gətirilib".
O həmçinin bildirib ki, həkimlərin maaşının xəstələrin sayından asılı olması da şayiədir: "Prezidentin sərəncamı ilə həkimlərin maaşı 2-3 mislində artırılıb".