Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün dünyada pandemiya olan koronavirusla mübarizədə fəal həkimlərimizdən biri olan, Prezident təqaüdçüsü Məlahət Hümmətqızının müraciəti əsasında onunla görüşüb.
"525.az" xəbər verir ki, Millət vəkili onunla geniş fikir mübadiləsi aparıb.
Ölkəmizin keçdiyi çətin günlər, dövlət başçımızın COVİD-19 pandemiyası ilə mübarizədə gördüyü tədbirlər barədə danışan Qənirə Paşayeva cəmiyyətimizin Məlahət xanım kimi fədakar həkimlərimizin əməyini yüksək qiymətləndirdiyini də vurğulayıb.
Məlahət Hümmətqızı həkim olmaqla bərabər həm də bir neçə hekayə kitabının da müəllifidir.
Görüş zamanı Məlahət Hümmətqızı imzalı kitablarını millət vəkilinə hədiyyə edib.
Məlahət xanım kitablardakı hekayələrdən də bəhs edib.
Millət vəkili fədakar həkim, yazıçı Məlahət Hümmətqızıya gördüyü işlərdən dolayı təşəkkür edib və gələcək fəaliyyətində uğurlar dilədiyini bildirib.