https://525.az/img/pics/medium/2024-04/311925_35ktlm9pvq.jpg Ekoloji təhlükəsizlik: yeni çağırışlar və problemlər
https://525.az/img/pics/medium/2024-04/311926_fmec4xmfxp.jpg Adını əməli ilə qazanan şair
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Xarici ticarət dövriyyəsi niyə azalır? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
search
30 Aprel 2024

Azərbaycan Avtomobil Federasiyası Milli Orduya pikap tipli avtomobillər verib

Azərbaycan Avtomobil Federasiyası Milli Orduya pikap tipli avtomobillər verib

Azərbaycan Avtomobil Federasiyası (AAF) Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədi ilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan pikap tipli avtomobillər təqdim edib.

APA-nın məlumatına görə, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də düşmənə qarşı son günlər aparılan uğurlu hərbi əməliyyatlara töhfə vermək üçün 10 ədəd pikap tipli avtomobil ön cəbhədə yolsuzluq şəraitində istifadə məqsədi ilə təhvil verilib.

AAF-ın nümayəndəsi Nərgiz Rüstəmova bildirib ki, bu gün Azərbaycan xalqı tarixi bir gün yaşayır: "Ordumuz Vətən torpaqlarının işğaldan azad edilməsi üçün əməliyyatları əzmlə, uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizədən qürur və iftixar hissi duyuruq. Bu çətin günlərdə hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşib həmrəy olmalıyıq.

Bu həmrəyliyə qoşularaq öz növbəsində Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərovun tapşırığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qərargahına 10 ədəd pikap tipli avtomobillər təhvil verilib. Doğrudur, bu gün Ordunuz yüksək səviyyədə təchiz olunur. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan Ordumuzun bugünkü gündə heç bir əlavə yardıma ehtiyacı yoxdur. Lakin bu aksiya ilə bir daha Vətən uğrunda ön və arxa cəbhədə mübarizə aparan soydaşlarımızla birlikdə olduğumuzu nümayiş etdirmək istədik".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.