https://525.az/img/pics/medium/2024-05/313768_rfxokqvt69.jpg “525-ci qəzet”in 15 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "COP29 Azərbaycanın güclü potensialını dünyaya nümayiş etdirəcək"
https://525.az/img/pics/medium/2024-05/313657_2wkfk1wic1.jpg Sözün sehri və seyri - Asif Rüstəmli yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Atalı yetimlərin bədii mənzərəsi - Allahverdi Eminov yazır
search
15 May 2024
14 May 2024

Xavinin yeganə ümidi

Xavinin yeganə ümidi

"Barselona"nın baş məşqçisi Xavi komandasının La Liqanın turnir cədvəlindəki mövqeyindən danışıb.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda turnir cədvəlində 70 xalla 3-cüdür. Komanda lider "Real"dan 14 xal, 2-ci yerdəki "Jirona"dan isə 1 xal geri qalır. Lakin "Barselona" sözügedən komandalardan 1 oyun az keçirib. "Barselona" La Liqanın 33-cü turunda bu gün "Valensiya"nı qəbul edəcək.

Xavi bu haqda danışarkən diqqətini yalnız 2-ci yeri tutmağa yönəltdiyini deyib: "Vəziyyətə nəzarət edə bilmirəm. Hazırda diqqətimizi yalnız mövsümü 2-ci yerdə başa vurmağa yönəltmişik. "Valensiya" çətin rəqibdir, aqressivdir.  Bizi narahat edən isə növbəti mövsüm üçün planlar qurmaq deyil. Ümumiyyətlə, futbolçularımız haqqında artıq demək olar ki, hər şey aydındır".

Qeyd edək ki, "Barselona" - "Valensiya" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.