
ABŞ-nin Merilend ştatında yük gəmisi tərəfindən vurulduqdan sonra çökən Francis Scott Key körpüsünün qalıqları nəzarətli şəkildə partladılıb.
525.az xəbər verir ki, mart ayında ölən sonuncu işçinin cəsədi tapıldıqdan sonra Francis Scott Key körpüsünün qalıqları idarə olunan partlayış nəticəsində tamamilə dağılıb.
Liman rəsmiləri martın 26-da texniki nasazlıq üzündən Francis Scott Key körpüsünə çırpılan və çökən körpünün dağıntıları altında qalan "Dali" yük gəmisinin iki gün ərzində Baltimor limanına çəkilməsinin planlaşdırıldığını açıqlayıb.
ABŞ Sahil Mühafizəsi rəsmisi kontr-admiral Şennon Qilret qalıqların götürülməsindən sonra çayda yekun müayinə aparılacağını və dəniz nəqliyyatının məhdud giriş üçün yenidən açılacağını vurğulayıb.
Məhəmməd Tağıyev



