
Keniyada aprelin ortalarından bu yana yağan güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 277-ə yüksəldiyi bildirilib.
525.az xəbər verir ki, hökumət sözçüsü İsaak Mvaura ölkədə baş verən daşqınlarla bağlı mətbuata açıqlama verib. Daşqınlarda həyatını itirənlərin sayının 277-ə yüksəldiyini açıqlayan Mvaura, əlverişsiz hava şəraitinin təxminən 411 min insana təsir etdiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Ölkə daxilində 62 sağlamlıq mərkəzinin zərər gördüyünü qeyd edən Mvaura, epidemik xəstəliklərin görünməyə başladığını və 53 vəba hadisəsinin aşkar edildiyini vurğulayıb.
Qeyd edək ki, daşqınlar nəticəsində 9 min dekar kənd təsərrüfatı sahəsi zərər görərkən, 4 min kənd təsərrüfatı heyvanı tələf olub.
Məhəmməd Tağıyev



