
ABŞ-də Kolumbiya Universitetinin Hüquq fakültəsi tələbələrinin buraxılış mərasimində Fələstinin tərəfdarı olan bəzi məzunlar universitet rəhbərliyinə səssiz etiraz ediblər.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda Kolumbiya Universitetinin şəhərciyindən uzaqda yerləşən idman kompleksində keçirilən buraxılış mərasimində bəzi hüquq fakültəsinin məzunları Fələstin bayrağının rəngləri olan şərflərlə səhnəyə çıxıblar.
ABŞ-nin bir çox universitetinə yayılan Fələstinə dəstək nümayişlərinin mərkəzi olan universitetin buraxılış mərasimində bəzi tələbələr səhnəyə "Atəşkəs indi" yazılmış pankart açıb.
Malik Atilay



