
Hindistanın Mumbay şəhərində toz fırtınası zamanı yıxılan reklam lövhəsinin altında qalaraq həyatını itirənlərin sayı 14-ə yüksəlib.
525.az xəbər verir ki, Mumbay şəhərinin Ghatkopar rayonunda baş verən toz fırtınası səbəbindən bir reklam lövhəsi yanacaqdoldurma məntəqəsinin üzərinə düşüb və bir çox avtomobil reklam lövhəsinin altında qalıb.
Ölənlərin sayının 14-ə yüksəldiyini bildirən Mumbay polisi, dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Qeyd edək ki, polis hadisə zamanı yaralanan 70-dən çox insanın xəstəxanaya yerləşdirildiyi barədə məlumat paylaşıb.
Məhəmməd Tağıyev



