https://525.az/img/pics/medium/2024-04/311925_35ktlm9pvq.jpg Ekoloji təhlükəsizlik: yeni çağırışlar və problemlər
https://525.az/img/pics/medium/2024-04/311926_fmec4xmfxp.jpg Adını əməli ilə qazanan şair
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Xarici ticarət dövriyyəsi niyə azalır? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
search
30 Aprel 2024

Daha bir qurum Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 min manat ianə etdi

Daha bir qurum Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 min manat ianə etdi

Ölkənin müasir fermer təsərrüfatlarından biri olan “Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 000  min manat köçürüb.

MMC bu şərəfli dövrdə Silahlı Qüvvələr Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında olduğunu bildirir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Qarabağ Bizimdir, Qarabağ Azərbaycanındır!

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.