https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Xarici ticarət dövriyyəsi niyə azalır? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
https://525.az/img/pics/medium/2024-04/311917_xxohqnysa4.png Marketlərdə dəmirlə zənginləşdirilmiş un satılacaq
https://525.az/img/pics/medium/2023-06/271348_d6k0rg6hcx.jpg Qədim Tyan-Şan qarı - Ağacəfər Həsənli - 70
search
30 Aprel 2024

“AzerGold” QSC Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

“AzerGold” QSC Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən ordumuza dəstək olub.

Cəmiyyətin əməkdaşları bir aylıq vəzifə maaşı məbləğində vəsaiti könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

Bununla yanaşı, ötən həftə Cəmiyyət tərəfindən Silahlı Qüvvələrə təlabata uyğun zəruri əşyalardan ibarət bir neçə yük maşını da cəbhənin müxtəlif istiqamətlərinə yola salınıb.

Cəmiyyət bu yöndə lazım olan fəaliyyətləri davam etdirəcək.

“AzerGold” QSC Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağına əminliyini ifadə edir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.