https://525.az/img/pics/medium/2024-05/314474_al1iiaxmp2.jpg Naxçıvanda pedaqoji kadr hazırlığı: son 100 ilin faktları və rəqəmləri
https://525.az/img/pics/medium/2024-05/314446_kvqordxxfp.jpg "Parkda" oyun
https://525.az/img/pics/medium/2022-08/234008_iojrbpmdgf.jpg 253 min manata 47 kvadratmetlik mənzil - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2024-05/314444_yjjn5kf9hl.jpg "Kamal Abdullanın bütün yaradıcılığı sirdir"
search
21 May 2024

“Ruslardan qorxuruqsa, meydançaya çıxmasaq daha yaxşı olar”

“Ruslardan qorxuruqsa, meydançaya çıxmasaq daha yaxşı olar”
Millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi. 

- Bugün millimiz DÇ-2014 ilin seçmə mərhələsi çərçivəsində səfərdə Rusiyanın qonağı olacaq. Bu görüş barəsində düşüncələriniz necədir?

- Baxmayaraq ki, bugün ruslar liderdi, istənilən komandaya qarşı oynamaq mümkündür. Fikrimcə, Rusiya seçməsi Portuqaliyayla qarşılaşmada daha çox güc sərf edib. Hazırda qrupun lideridir və psixoloji cəhətdən Azərbaycan millisinə imkan yaranıb ki, ruslara qarşı yaxşı oyun sərgiləsin. Şimal qonşularımızın son oyunu göstərdi ki, bu komandaya qarşı oynamaq olar. Biz bir şey başa düşməliyik ki, inamlı təsir bağışlamaqla nəticə əldə edə bilərik.

- Ruslar evdə Avropanın güclülərindən olan Portuqalları məğlub edirsə, millimiz meydan sahibinə qarşı oyunda nə edə bilər?

- Düşünürəm ki, portuqallar Rusiya yığmasından qat-qat yaxşı oyun sərgilədi. Bir də ki, əgər biz düşünürüksə ki, ruslar Portuqaliyanı məğlub edibsə bizi də məğlub edəcəklər, o zaman heç meydana çıxmağımız lazım deyil. Bu anlayışla oyuna hazırlaşmaq olmaz. Düzdür, rəqib güclü hesab edilir. Rusiya millisi daha çox müdafiədən oynamağa üstünlük verir. Üç oyun ərzində qapılarında bir top buraxmamaları buna sübutdur. Daha çox əks –hücumda 2-3 epizod yaradıb ondan istifadə edərək qələbələr qazanıblar. Biz rusların  ən yaxşı vaxtında belə onlara müqavimət göstərə bilmişik. Hesab edirəm ki, hər bir rəqibə qarşı oynamaq olar. Öz təcrübəmdən istifadə edərək deyə bilərəm ki, bizim o qədərdə zəif yığmamız yoxdur. Azərbaycan yığması meydançaya gərək böyük inamla çıxsın.

- Bugün biz “Lujniki”də hansı üstünlüyə malik olacağıq və rəqibə qarşı nə edə bilərik?

- Bizim ən yaxşı silahımız komanda şəklində mübarizə aparmağımız olacaq.  Mən bugünkü gün futbolda komanda şəklində oynayan milliləri daha güclü və effekt hesab edirəm. Yəqin ki, Berti Foqts lazım olan tətbiqini aparıb və cinahlarda, orta xəttdə güclü olan Rusiya yığmasını zərərsizləşdirməyə çalışacaq. Çalışmalıyıq ki, qapımıza tərəf qapanmayaq. Rəqibə mərkəzdə presinq tətbiq etməklə topa sahib olmalıyıq. Bütün oyunu mərkəzdə keçirmək lazımdır.

- Rusiyanın Portuqaliyanı məğlub etməsi, millimizə  psixoloji cəhətdən necə təsir göstərə bilər?

- Elə əsas da, budur ki, komandamız birinci növbədə psixoloji cəhətdən güclü olmalıdır. Əgər biz Portuqaliyanın “Lujniki”də məğlub olduğuna görə ruslardan qorxuruqsa, onda meydançaya çıxmasaq daha yaxşı olar. Lakin futbolçularımızın mediaya verdikləri müsahibələrdən də görürük ki, onlar Rusiyadan çəkinmirlər. Fikrimcə, komandada ruh yüksəkliyi çox yüksəkdir.

- Oyunla bağlı hansısa proqnoz vermək istəmirsiniz?

- Məncə,  millimiz “Lujniki”də heç-heçə edə bilər. Düzdür, əksəriyyət fikirləşir ki, Rusiya çox güclüdür və inamlı qələbə qazanacaq.  Lakin rəqib futbolçularının fərdi ustalığının heç də, bizimkilərdən yüksək olduğunu demək olmaz. Bugün onlar komanda şəklində daha yaxşı təsir bağışlayır.  Vacib olan şey budur ki, futbolçularımız nəyə qadir olduqlarını sübut etsinlər.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.