Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemini "Tamamlandın Vətənim!" adlı videoslayd hazırlayıb.
İdarədən 525.az-a bildirilib ki, videoslayd işğaldan azad olunan Qarabağ torpaqlarımızın tarixi haqqında yığılmış şəkillərdən tərtib olunub.
Videoslaydı kitabxananın "YouTube" və "Instagram" səhifələrindən izləyə bilərsiniz.