Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Niderland, Danimarka və Avstraliyada da İngiltərədə təsbit edilmiş yeni koronavirus növü aşkar edib.
525.az-ın APA-ya istinadən məlumatına görə, 14 dekabrda Böyük Britaniyanın səhiyyə naziri Mett Hankok ölkədə SARS-CoV-2-nin yeni versiyasını aşkarladıqlarını elan edib. Bu koronavirusun daha sürətlə yayılan növüdür.