|
|
|
|
21 Dekabrda “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması Təhsil İdarəçiləri Assosiasiyası (TİA) ilə birlikdə “Üçüncü nəsil universitetlər”i müzakirə edəcək.
525.az xəbər verir ki, müzakirədə Amazon şirkətində işləyən və dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunda (ing. Massachusetts Institute of Technology – MIT) magistiratura təhsili alan həmyerlimiz Yaşar Əhmədli iştirak edəcək. Məqsəd üçüncü nəsil universitetlərin xüsusiyyətləri, perspektivləri haqqında fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni öyrənmək, ölkəmizdəki ali təhsil müəssisələrinin inkişafını dəstəkləməkdir.
“T-Network”-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçiriləcək müzakirə TİA “Facebook” səhifəsindən canlı yayımlanacaq.