Çili prezidenti Sebastyan Pinyera ictimai yerdə maskasız selfi çəkdirərək karantin qaydalarını pozub.
525.az xəbər verir ki, buna görə prezident 3500 dollar cərimə edilib.
Həmçinin, cənab Pinyera bu ayın əvvəlində internetdə yayılan fotoya görə üzr istəyib. Onun çimərlikdə bir qadınla maskasız çəkdirdiyi fotoşəkil səs-küyə səbəb olmuşdu.
Qeyd edək ki, Çilidə ictimai yerlərdə maska taxmaqla bağlı sərt qaydalar mövcuddur.Tibbi maska ilə bağlı qanun pozuntuları zamanı cərimələr və həbs cəzaları tətbiq olunur.