Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları İrəvanın mərkəzi meydanına toplaşır.
525.az APA-ya istinadən verdiyi xəbərə görə, İrəvanın müxtəlif rayonlarından qruplar şəklində gələn etirazçılar Respublika meydanında hökumət binasının qarşısına toplaşır.
Qeyd edək ki, müxalifət tərəfdarları ötən gün də Respublika meydanında toplaşıblar.