Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdə iştirak edən 69 nəfəri saxlayıb.
525.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarından etibarən aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymayaraq, paytaxt İrəvan şəhərinin mərkəzində yerləşən hökumət evinin girişini bağlayıblar. Belə olan halda isə polis əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, aksiyanın təşkilatçısı Ermənistanın “Vətənin Xilası Naminə Hərəkatı”dır.