
İqtisadiyyat Nazirliyi “Azərbaycan Coca-Cola Bottlers” MMC ilə anlaşma memorandumu imzalayıb
Azərbaycanda “Coca-Cola” zavodunun açılması qeyri-neft sektorunun inkişafına töhfə verəcək.
525.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Fevralın 1-də “Coca-Cola”nın yerli nümayəndəliyi olan “Azərbaycan Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Dünyanın ən iri şirkətlərindən biri olan “Coca-Cola” Azərbaycanda öz zavodunu quracaq. Bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.



