“Biz “bir millət, iki dövlət” məsələsində son dərəcə qətiyyətliyik”.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.
“Bundan sonra da daima haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olacağımızı bütün dünya bilməlidir”, - deyə türkiyəli nazir vurğulayıb.
“Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşlıq etməsi çox vacibdir. Ölkələrimizin, xalqlarımızın, nəcib türk millətinin müdafiəsi və təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan ordularına hər kəsin etibar etməli olduğunu göstərdik”.
Türkiyə və Azərbaycanın qardaş dövlətlər olduğunu xatırladan nazirin sözlərinə görə, bunun sözdə olmadığını 44 günlük hərəkat açıq-aydın göstərib.
“Bizim həqiqətən də kədərimiz və sevincimiz birdir. Nə lazımdırsa etdik və edəcəyik. İnşallah, bundan sonra da əməkdaşlığımız davam edəcək. Azərbaycanlı qardaşlarımız bizimlə bərabər qardaşcasına əmin-amanlıqda yaşayacaqlar”, - deyə H. Akar vurğulayıb.