https://525.az/img/pics/medium/2026-07/398288_fv0wio94yc.jpg Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
https://525.az/img/pics/medium/2026-07/398286_e6kflvnm3u.jpg Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
https://525.az/img/pics/medium/2026-07/398166_bdmsf7xtk5.jpg Jurnalist kimdir?
https://525.az/img/pics/medium/2026-07/398150_z6oou6uzi6.jpg Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...
search
23 İyul 2026

"Qalatasaray"ın əfsanəvi futbolçusu həbs edildi

"Qalatasaray"ın əfsanəvi futbolçusu həbs edildi

“Qalatasaray” və Rumıniya millisinin keçmiş futbolçusu George Popesku 3 il 1 ay həbs cəzası alıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna Popeskunun transferlərdə qanunsuzluq etməsi və vergidən yayınması səbəb olub. O, 1999-2005-ci illərdə 12 transferdə bu cür hərəkət etməkdə günahkar bilinib.

Qeyd edək ki, Rumıniya Futbol Federasiyasının prezidenti olacağı gözlənilən Popeskuya verilən cəza ölkədə təəccüblə qarşılanıb.

Xatırladaq ki, Popesku futbolçu karyerası ərzində PSV, "Tottenhem", "Barselona", "Qalatasaray" kimi klubların şərəfini qoruyub. O, İstanbul təmsilçisinin 2000-ci ildə UEFA kubokunu qazanmasında böyük rol oynayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.