“ATƏT-in Minsk Qrupunun missiyası olmalıdır. Bu gün Prezident Əliyev də təklif etdi ki, Minsk Qrupu nə edə biləcəyi ilə bağlı təkliflər verməlidir. Onlar müharibədən sonrakı mərhələyə necə kömək edə bilərlər?”
525.az-ın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.
Onun sözlərinə görə, Azərbaycanın perspektivindən baxdıqda, ATƏT-in Minsk Qrupu münaqişənin həlli yolunu tapmaq üçün formalaşmışdı, artıq münaqişə həll olunub, belə olan halda Minsk Qrupu nəsə başqa bir şey etməlidir.
Sabiq həmsədr düşünür ki, əslində, Minsk Qrupunun edəcəyi çox şey var:
“Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası, noyabrın 9-da qəbul olunan üçtərəfli bəyanatın aspektlərinin həyata keçirilməsi və Prezident Əliyevin də qeyd etdiyi kimi, bəlkə də gələcəkdə sülhlə bağlı danışıqlara yardım etmək məsələləri. Ümumilikdə Ermənistan və Azərbaycan arasında sülh bağlanmasından söhbət gedir. Minsk Qrupu bunlarla bağlı işləyə bilər”.
“Bu muzey mənə xatırladır ki, Azərbaycanın apardığı hərbi əməliyyat necə diqqət çəkicidir. Burdan görünür ki, Azərbaycan necə qətiyyətli, sürətli və minimum mülki itkiyə səbəb olan hərbi əməliyyatlar həyata keçirib”.
M. Brayza qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi əməliyyatlar ümumilikdə hərbi əməliyyatların bütün mahiyyətini dəyişdirib.