Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Brüsselə səfər edəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mövlud Çavcuşoğlu NATO-nun qərarverici orqanı olan Şimali Atlantika Şurasının görüşünə iştirak edəcək.
Türkiyə XİN başçısı həmçinin, ABŞ Müdafiə naziri Lloyd Ostin, dövlət katibi Entoni Blinkin, NATO Baş katibi Yens Stoltenberq, Almaniya XİN başçısı Hayko Maas, İtaliya XİN başçısı Luiqi Di Mayo və Britaniya XİN başçısı Dominik Raabın qatıldığı "Framework+UK" görüşündə iştirak edəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına dair qərarına münasibət bildirib.
“Bu qərarın arxasında siyasi bir əsasın olduğu qənaətində deyiləm”, - deyə nazir vurğulayıb.
O, bu qərarın mənfi nəticələrinin ola biləcəyi ehtimalını da qeyd edib.
Qeyd edək ki, Rusiya 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları məhdudlaşdırmaq qərarı verib.