Çex Xarici İşlər naziri Yakup Kulqanek Rusiyanın Praqadakı səfirliyinin 63 işçisinin deportasiya edilməsinə qərar verdiyini açıqlanıb.
525.az xəbər verir ki, Çex Respublikasının 2014-cü ildə sursat anbarındakı partlayışa görə Rusiyanı günahlandırması ilə başlayan gərginlik hələ də davam edir. Ötən gün Çexiyadan 18 rus diplomatın deportasiyasına cavab olaraq, Moskvadakı 20 çex diplomatı “persona non-qrata” elan edilib.
Kulqanek etdiyi açıqlamada, Rusiyanın Praqadakı səfirliyinin heyətinin sayının Moskvadakı Çex diplomatlarının sayına uyğun olaraq azaldılacağını söyləyib. Verilən məlumata görə, qərar bu gündən qüvvəyə minir və diplomatlar may ayının sonuna qədər ölkəni tərk etməlidir.
Firuzə Əliyeva