“AstraZeneca” koronavirus əleyhinə peyvəndin faydaları çox nadir olan əks təsirlərinin yarada biləcəyi risklərdən çoxdur, effektiv bir preparatdır.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa səhiyyə komissarı Stella Kiriakidesin Avropa Tibb Agentliyinin bu peyvənd üzrə qiymətləndirməsi üzrə açıqlamasında deyilir.
“Tamamilə aydındır: “AstraZeneca” peyvəndinin COVID-19-un qarşısının alınmasında ümumi faydaları çox nadir və qeyri-adi əks təsir risklərini üstələyir. “AstraZeneca” peyvəndi vaksinasiya portfelimizin vacib bir hissəsidir. O, Avropa Birliyində və bütün dünyada ağır yoluxmalardan və ölüm hallarından qoruyan effektiv bir preparatdır”, - Avropa komissarı Kiriakides belə düşünür.