Rusiya Baş nazirinin müavini Tatyana Qolikova rəsmi qərar verilənə qədər turizm şirkətlərini Türkiyə və Tanzaniyaya tur paket satışları etməməyi bildirib. Qolikava, bildirişin səbəbinin bu ölkələrdəki çətin epidemioloji vəziyyət olduğunu açıqlayıb.
525.az xəbər verir ki, Rusiya yoluxma sayının artması səbəbilə 15-19 aprel tarixləri arasında Türkiyəyə çarter uçuşlarını qadağan edib və digər uçuşların həftədə iki dəfə olmasına qərar verib. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi rus və türk hava yolları şirkətlərinin 23-25 aprel tarixləri arasında 29 uçuş reallaşdırdıqlarını açıqlayıb. Açıqlamaya görə, bu uçuşlarla Rusiyaya 6600 sərnişin gətirilib. Digər tərəfdən, Türkiyə və Tanzaniyadan gələn sərnişinlər iki dəfə COVID-19 testindən keçməlidir. Bu qaydanın 1 may tarixindən etibarən xaricdən gələn bütün sərnişinlərə də şamil ediləcəyi açıqlanıb.
Firuzə Əliyeva