Şərqi Çin adı ilə tanınan Sarı dənizdə yük gəmisi ilə 1 milyon barel neft daşıyan tanker toqquşub.
525.az xəbər verir ki, toqquşma zamanı tankerdəki neftin bir hissəsi Çinin Şandonq əyalətindəki ən böyük xam neft terminalı olan Qinqdao Limanı yaxınlığında dənizə tökülüb. İlkin məlumatlara görə, "Sa Justice” adlı yük gəmisi yerli vaxtla saat 8:50 radələrində, 272 metr uzunluğun və 46 metr enindəki neft tankeri “A Symphony” ilə toqquşub. Neft sızmasını nəzarətə almaq və sızıntıdan təsirlənmiş ərazilərin təmizlənməsi üçün heyyət göndərilib.
Eyni zamanda, əraziyə 10 mildən (18,5 kilometr) daha çox yaxınlaşmamaları barədə xəbərdarlıq edilib.
Firuzə Əliyeva